"CityNet"də iki idman kanalının yayımı dayandırıldı
.jpg)
.jpg)
Setanta Sports 1 və Setanta Sports 2 kanallarının CityNet şəbəkəsində yayımı dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə “ADRESCON” MMC məlumat yayıb.
"Bir sıra nüfuzlu beynəlxalq idman yarışlarının yayım hüquqlarının sahibi, o cümlədən Setanta Sports 1 və Setanta Sports 2 idman kanallarının Azərbaycandakı rəsmi təmsilçisi olan “ADRESCON” MMC bildirir ki, “Uninet” MMC-yə məxsus CityNet TV və digər televiziya operatorlarının şəbəkələrində qeyd olunan idman kanallarının və idman yarışlarnın yayımı 16 noyabr 2026-cı il tarixindən etibarən müqavilə şərtlərinə uyğun olaraq dayandırılıb.
Hazırda Setanta Sports 1 və Setanta Sports 2 kanalları və hüquqları ADRESCON MMC-yə aid idman yarışları “Uninet” MMC-yə məxsus televiziya operatorlarının şəbəkələrində yayımlanmır. Bu kanalların yayımı ADRESCON MMC ilə müvafiq müqaviləsi olan digər televiziya operatorlarının şəbəkələrində davam etdirilir.
Adıçəkilən kanalların və hüquqları ADRESCON MMC-yə aid idman yarışlarının “Uninet” MMC-yə məxsus televiziya operatorlarının şəbəkələrində yayımının bərpası ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, abunəçilərə və ictimaiyyətə əlavə rəsmi məlumat təqdim ediləcək", - deyə məlumatda qeyd edilib.
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
"CityNet"də iki idman kanalının yayımı dayandırıldı
