"Fənərbağça" Hakan Çalhanoğlu üçün "İnter"lə danışıqlar masasına əyləşəcək


Türkiyənin "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) klubu İtaliyanın "İnter" (Internazionale, Inter Milan) komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətinə qatmaq üçün hərəkətə keçir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi dekabr ayının ortalarında "İnter" rəsmiləri ilə rəsmi görüş keçirəcək.
Görüş zamanı Türkiyə milli komandasının kapitanının mümkün transfer şərtləri və italyanların tələb etdiyi maliyyə məbləği barədə ətraflı məlumat alınacaq.
"Fənərbağça" bu səs-küylü keçidi reallaşdıraraq orta xətdəki oyun quruculuğunu daha da gücləndirməyi hədəfləyir.
1 mənbə
