Fatih Birol: Hazırkı böhranın təzyiqləri qarşıdakı onilliklərdə enerji təhlükəsizliyi seçimlərini kölgədə qoymamalıdır


Bakı, 19 noyabr, AZƏRTAC
Yaxın Şərqdəki müharibədən sonra Hörmüz boğazı vasitəsilə enerji təchizatının böyük ölçüdə pozulması enerji bazarlarında “misli görünməmiş şoka” səbəb olub və bu vəziyyət sektorda struktur dəyişiklikləri yaradır. Böhranın davametmə müddəti isə həmin dəyişikliklərin miqyasını müəyyən edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.
Vurğulanır ki, dünyanın müxtəlif ölkələri tarixdə ən böyük enerji təchizatı şoku və bir sıra digər risklərlə üzləşdiyi bir vaxtda enerji bazarlarının gələcək inkişafına dair mümkün ssenarilərin sayı da artır. Böhranın digər mühüm nəticələri də gözlənilir. Belə ki, mövcud vəziyyət xüsusilə inkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlarda enerji əlçatanlığı sahəsində son illərdə əldə edilmiş nailiyyətləri geriyə apara bilər.
IEA-nın icraçı direktoru Fatih Birol vurğulayıb ki, hazırkı böhranın yaratdığı təzyiqlər qarşıdakı onilliklərdə enerji təhlükəsizliyini, dayanıqlılığı və iqtisadi rifahı müəyyən edəcək seçimləri kölgədə qoymamalıdır.
Dərc vaxtına görə
