"Evdə tək" filminin yeni versiyası: Kevin qayıdır və...


"Evdə tək" filminin yeni ekran versiyası hazırlanacaq.
Kult.az xəbər verir ki, yeni filmin süjetinin baş rol ifaçısı Makoley Kalkinin öz ideyasına əsaslanacağı bildirilir.
Hekayədə artıq böyümüş Kevin Milad bayramında oğlu ilə mübahisə edir. Bu dəfə o, oğlunun evinə girməyə çalışır, lakin uşağın qurduğu tələlərə düşür.
Filmin ssenaristləri və prodüserləri Set Rogen və Evan Qoldberq olacaq.
Filmin premyera tarixi hələ açıqlanmayıb.