Evan Elder uzun fasilədən sonra UFC 334-də geri dönür


Evan Elder 2025-ci ilin sentyabrında Tom Nolan ilə qarşılaşmalı idi. Lakin ayaq biləyindən aldığı zədə səbəbindən bu döyüş baş tutmadı və Elder təxminən 20 ay qəfəsdən kənarda qaldı.
Offsideplus.az xəbər verir ki, Elder bu müddətdə tam məşq edə bilməsə də, inkişaf etdiyini düşünür. O bildirib ki, "Həmişə nəyisə yaxşılaşdırmaq mümkündür. Demək olar ki, daim fiziki fəaliyyətlə məşğul oluram. Ayaq və diz zədələri ilə məşq etmək çətin olsa da, yenə də işləmək mümkündür". Elder həmçinin zədə zamanı yalnız bədənini deyil, zehni hazırlığını da gücləndirdiyini deyib. O, vizuallaşdırma və döyüş texnikalarını izləməklə də inkişaf etdiyini vurğulayıb.
Elder qeyd edib ki, çətinliklər insanı daha da böyüdür: "Ən çox inkişaf məhz narahatlıq və çətinlik anlarında baş verir. Müsbət düşüncə və ardıcıllıq isə uğurun əsas açarıdır".
Evan Elder növbəti dəfə UFC 334-də Samuel Sanchesə qarşı döyüşəcək. Turnirin əsas döyüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq və yalnız Paramount+ platformasında yayımlanacaq.
