Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi - bu ölkədə


Banqladeşdə minimum əməkhaqqının artırılmasını tələb edən minlərlə tekstil fabriki işçisinə qarşı polis gözyaşardıcı qaz, səs qumbaraları və dəyənəklərdən istifadə edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, etirazlar ölkənin paytaxtı Dəkkənin yaxınlığındakı Savar şəhərində başlayıb. Yerli medianın məlumatına əsasən, fabriklərdən birinin təxminən 20 min əməkdaşı küçələrə çıxaraq Dəkkə-Aricha magistralını bağlayıb. Polis nümayişçiləri dağıtmağa çalışarkən qarşıdurma yaranıb.
Etirazlar qonşu Aşuliya və Qazipur sənaye bölgələrinə də yayılıb. Polis məlumatına görə, iğtişaşlar səbəbindən Aşuliyada təxminən 25 fabrik fəaliyyətini dayandırıb. Qazipurda isə etirazçılar magistral yolu bağlayıb və polis avtomobilini yandırıblar.
İşçilər minimum aylıq əməkhaqqının hazırkı 12 500 takadan (təxminən 98 dollar) 30 min takaya (236 dollar) qaldırılmasını tələb edirlər. Onlar bu tələbi bahalaşma və inflyasiya ilə əsaslandırırlar.
Məlumata görə, noyabrın əvvəlindən güclənən etirazlar nəticəsində son həftələrdə yüzlərlə fabrik bağlanıb. Banqladeşin iqtisadiyyatı üçün mühüm sahə olan tikiş sənayesi ölkəyə ildə təxminən 40 milyard dollar ixrac gəliri gətirir və bu sektorda 4 milyona yaxın insan çalışır.
