Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib


DÜNYA
109
18.11.2026, 22:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Estoniya Parlamenti hökumətə Rusiya ilə sərhəd keçid məntəqələrinin bağlanmasını təklif edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Oxu24.com xəbər verir ki,sənəddə hökumət Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlamağa çağırılır. Parlamentin 39 üzvü səsvermədə iştirak edib: 37 nəfər təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə çıxıb, 36 nəfər isə səs verməyib.
Oxşar qanun layihələri ötən yaz və payızda parlamentdə təqdim edilib, lakin qəbul edilməyib.
Bundan əvvəl Seto (kiçik Finno-Uqor xalqı) Ağsaqqallar Şurası Estoniyanın Baş naziri Kristen Mixala müraciət edərək Rusiya ilə quru sərhədinin bağlanması halında Setomaa bələdiyyəsinə kompensasiya tələb edib.
15 noyabrda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiya ilə bütün sərhəd keçid məntəqələrinin 1 dekabr tarixindən etibarən bağlanması qərarını elan edib.
Daha əvvəl Narva meri Estoniyanın Rusiya ilə sərhədinin bağlanmasına qarşı çıxıb.
Jalə
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
