Ermənistanın sabiq TŞ katibi yeni partiya yaratmağa çalışır


“Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın yaxın ətrafından verilən məlumata görə, o, hakimiyyət nümayəndələrini ciddi narahat edəcək şəxslərin cəlb olunacağı yeni partiya yaratmağa hazırlaşır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan partiya yaratmaq niyyətindədir. Məqalədə qeyd olunur ki, bu təşəbbüsdə iştirak edəcək şəxslər barədə Qriqoryanın yaxın çevrəsindən məlumat verilib.
“Keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryana yaxın mənbələrin bildirdiyinə görə, Moisey Akopyanın bacısı oğlu olan Qriqoryan partiya yaratmağa hazırlaşır. Onun ifadəsinə görə, həmin partiyaya cəlb ediləcək şəxslər hakimiyyət nümayəndələrini “infarkt keçirəcək”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, Qriqoryan bu təşəbbüslə bağlı kömək üçün dayısına da müraciət etməyə çalışıb. Lakin nəşrin məlumatına görə, dayısı ona qısa şəkildə “Kömək edəcəyəm” cavabını verib.
Alpər Mövludoğlu Ordu.az

Yeni Şirvanlı+2 mənbə