Ermənistanın müdafiə naziri Şuman Təhlükəsizlik və Müdafiə Konfransının açılışında iştirak edib


Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsseldə keçirilən Şuman Təhlükəsizlik və Müdafiə Konfransının açılış mərasimində və ümumi təhlükəsizlik, sülhməramlı fəaliyyətlərə dair panel müzakirələrində iştirak edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri sosial şəbəkə hesabında video paylaşıb.
Məlumata görə, noyabrın 18-də Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsseldə Şuman Təhlükəsizlik və Müdafiə Konfransının açılış mərasimində iştirak edib.
Erməni nazir, həmçinin ümumi təhlükəsizlik, sülhməramlı fəaliyyətlər və digər məsələlərə həsr olunmuş panel müzakirələrinə qatılıb.
Papikyan iştirakla bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
Alpər Mövludoğlu Ordu.az