Ermənistanın baş naziri G20 sammitində iştirak edəcək


Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın ortalarında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Paşinyan noyabrın 19-da keçirilən brifinqdə məlumat verib.
Paşinyan “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak etmək üçün dəvət almağın böyük şərəf olduğunu vurğulayıb və tədbirdə mütləq iştirak edəcəyini qeyd edib. O bildirib ki, sammitə Azərbaycan və Qazaxıstan liderləri də dəvət olunublar, Rusiya isə G20-nin üzvüdür.
“Mütləq iştirak edəcəyəm, digər məsələlər üzərində iş aparılır”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu Ordu.az