Ermənistanda yeni Konstitusiya layihəsinə qarşı etiraz aksiyası KEÇİRİLİR


Ermənistan parlamenti qarşısında yeni Konstitusiya layihəsinə etiraz aksiyası keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan parlamenti binası qarşısında “Mübariz qardaşlıq” hərəkatı və qeydiyyatdan keçməmiş “Milli inqilab” partiyası yeni Konstitusiya layihəsinə və referendum keçirilməsi planına qarşı etiraz aksiyası təşkil edib.
Aksiya iştirakçıları təklif olunan əsas qanunu “Qrabağın Azərbaycanın tərkibində olmasını tanımırıq”, “Müstəqillik uğrunda mübarizə davam edir” və “Məzmunsuz parlament” yazılı plakatlar qaldırıblar.
Parlament binasında baş nazir Nikol Paşinyan və hökumət üzvləri də iştirak edir.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə
