Ermənistanda UNESCO məsələsi parlamentdə mübahisə YARATDI


Ermənistanda UNESCO-ya müraciətlərlə bağlı nazir və deputat arasında mübahisə yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan parlamentində “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın ölkənin UNESCO-ya abidələrin daxil edilməsi üçün təxminən 30 il müraciət etmədiyi barədə açıqlamasına etiraz edib.
Qalstyan 1996-2000-ci illərdə Haqpat və Sanahin monastırlarının, Eçmiədzin kilsəsinin, Zvartnots və Geqard monastırının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyini xatırladıb.
O, sonrakı illərdə qeyri-maddi irs nümunələrinin də UNESCO-da qeydiyyata alındığını bildirib.
Andreasyan isə əvvəlki dövrdə işlərin aparılmadığını demədiyini, söhbətin Dünya İrsinin İlkin Siyahısına yeni müraciətlərin təqdim edilməməsindən getdiyini vurğulayıb.
Nazir qeyd edib ki, abidələr əvvəlcə ilkin siyahıya daxil edilməli, daha sonra əsas siyahıya namizəd göstərilə bilər.
Xuraman Etibarlı
İnterpress.az
