Ermənistanda məhkəmə radikal keşişin ev dustaqlığını 3 ay uzadıb


Ermənistanda məhkəmə noyabrın 19-da keçirilən iclasında erməni radikal keşiş Baqrat Qalstanyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər arasında arxiyepiskop Baqrat Qalstanyan da var. Erməni arxiyepiskop və digər təqsirləndirilən şəxslər dövlət çevrilişinə hazırlıqda ittiham olunurlar.
İttiham telefon danışıqlarının səs yazılarına və ekspertizadan keçirilməmiş bəzi yazılı sübutlara əsaslanır. Əsas sübutlardan biri çevriliş planının sxemi olduğu iddia edilən bir xəritədir.
Erməni vəkil Tatevik Soğoyan daha əvvəl bildirmişdi ki, həmin xəritə yüzlərlə digər məktub və müraciətlə birlikdə inanclı şəxslər tərəfindən təqdim edilib və hər hansı əməliyyatın hazırlanması kimi qiymətləndirilə bilməz.
Alpər Mövludoğlu Ordu.az