Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib


Ermənistanda yük maşını və 15 avtomobilin iştirakı ilə qəza baş verib.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Hadisə Vanadzorda baş verib. Xarici qeydiyyat nişanlı yük maşını hərəkətdə olan və park edilmiş avtomobillərlə toqquşub, daha sonra ticarət köşklərinə və ağaclara çırpılıb.
İlkin məlumatlara görə, qəza nəticəsində ikisi uşaq olmaqla beş nəfər xəsarət alıb.
Ümumilikdə 15 avtomobilə ziyan dəyib.
Hadisənin baş verdiyi ərazidə hərəkət müvəqqəti olaraq dayandırılıb.
Yol-nəqliyyat hadisəsi Ermənistan
Oxşar xəbərlər
Dərc vaxtına görə