Ermənistan sərhədində təhlükəsizlik sualları artır: Qanunsuz keçid cəhdi və nəzarət mexanizmlərinin effektivliyi gündəmdə


“Oktyabrın 4-də ərəb əsilli şəxs Noyemberyanın Ptğavan yaşayış məntəqəsinin ərazisindən yan keçərək Debed çayında üzməklə Gürcüstan ərazisinə daxil olmağa çalışıb, lakin Ermənistan sərhədçiləri qanunsuz sərhədkeçmənin qarşısını alıblar”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, oktyabrın 4-də ərəb əsilli kişi Noyemberyanın Ptğavan yaşayış məntəqəsinin ərazisindən yan keçərək Debed çayını üzərək Gürcüstana keçməyə cəhd edib. Lakin Ermənistan sərhədçiləri onun qanunsuz sərhədkeçmə cəhdinin qarşısını alıblar.
“Oktyabrın 4-də sərhədi keçməyə cəhd edən ərəb əsilli şəxs barəsində cinayət işi başlanıb. Kişi həbs edilib. Onun müdafiəçisi də var, vəkil Anahit Asatryandır”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunub ki, vəkil nəşrin sorğusuna cavab olaraq işlə bağlı hər hansı məlumat vermək hüququnun olmadığını bildirib.
“Vəkil bizimlə söhbətində hər hansı məlumat təqdim etmək hüququnun olmadığını dedi. İş məhkəməyə göndəriləcək və təfərrüatlar bundan sonra məlum olacaq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu Ordu.az

Yeni Şirvanlı+2 mənbə