“Ermənistan-Rusiya münasibətlərini ən yüksək səviyyədə saxlamalıyıq” - Papoyan


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanla Moskva arasındakı münasibətlərin iqtisadi və siyasi sahələrdə ən yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 17-də parlamentdə jurnalistlərlə söhbətində danışıb.
O, Ermənistanın Baş nazirinin dekabr ayında Moskvaya üç dəfə səfər edəcəyinə dair suala cavab verərkən bildirib ki, Baş nazir indiyədək Rusiyaya iki dəfə səfər edib. Onun sözlərinə görə, səfərlərdən biri baş nazirlərin görüşü, digəri isə liderlərin, yəni baş nazirlər və prezidentlərin görüşü ilə bağlı olub.
“Üçüncü səfər isə Ermənistan-Rusiya münasibətlərinə həsr olunacaq. Biz Ermənistan-Rusiya münasibətlərinin iqtisadi və siyasi baxımdan ən yüksək səviyyədə qalması üçün bütün səylərimizi göstəririk. Hesab edirəm ki, bu səyləri göstərməkdə haqlıyıq”, - deyə Papoyan bildirib.
Papoyan Rusiya daxilindəki bəzi dairələrin Ermənistandakı müxalifəti himayə etdiyini də qeyd edib.
“Bu, kommunal təsərrüfat şöbəsinin müdiri səviyyəsində, ondan bir qədər yuxarı və ya aşağı səviyyədə ola bilər. Buna görə də hesab edirik ki, kommunal təsərrüfat şöbəsinin maneələrini aşa bilərik. Biz həmin dairələrdən kənarda Ermənistan-Rusiya münasibətlərini ən yüksək səviyyədə saxlamağı bacarmalıyıq.
Rusiyaya müxtəlif məsələlərdə ortaq mövqeyə malik olduğumuz, bəzi məsələlərdə isə o qədər də həmfikir olmadığımız tərəfdaş kimi yanaşırıq”, - deyə erməni nazir vurğulayıb.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə

Report+5 mənbə