Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun ölümü faktını təsdiqləyib


Noyabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu N. B.-nin odlu silah yarası almış meyiti aşkarlanıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirliyin açıqlamasına görə, noyabrın 18-də “N” saylı hərbi hissədə müqaviləli erməni hərbi qulluqçu N. B.-nin meyiti odlu silah yarası ilə aşkar edilib.
Qeyd edilir ki, hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması məqsədilə araşdırma aparılır.
Alpər Mövludoğlu Ordu.az