Ermənistan-Gürcüstan sərhədində qanunsuz keçid cəhdinin QARŞISI ALINDI


Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməyə çalışan şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Ermənistan sərhədçiləri Debed çayı vasitəsilə Gürcüstanla sərhədi qanunsuz keçmək cəhdinin qarşısını alıblar.
Məlumata görə, oktyabrın 4-də ərəb əsilli bir kişi Tavuş vilayətinin Ptqavan kəndi yaxınlığında çayı üzərək Gürcüstan ərazisinə keçməyə çalışıb.
Sərhədçilər onu saxlayıb, daha sonra məhkəmə barəsində həbs qətimkan tədbiri seçib.
Saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onun vəkili Anait Asatryan işin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Armenia Today hadisənin detalları ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə sorğu göndərib.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə