Ərdoğan: Qəzzaya humanitar yardım göndərmək üçün bütün zəruri addımları atırıq
İnfoaz.mediainfoaz


18.11.2026 - 21:06
19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzaya humanitar yardım göstərilməsi ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan Türkiyənin Qəzzadakı insanlara konteynerlər göndərməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, humanitar yardımın çatdırılması istiqamətində də zəruri addımlar atılır.
“Başqaları gözlərini və qulaqlarını bağlasa belə, Qəzzada baş verən zülm qarşısında susmayacağıq. Tamamilə tək və təcrid olunmuş vəziyyətdə qalsaq belə, humanitar və qardaşlıq məsuliyyətimizi yerinə yetirməyə davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
Rauf
1 mənbə
