Emin Maksimə çatıb getdi


1 dəqiqədən az
Emin Mahmudov Azərbaycan millisində karyerasını 69 oyunda başa vurub. Yarımmüdafiəçi bu matçlarda vurduğu 16 qolla yığma tarixinin ən məhsuldar oyunçusu ünvanına sahibdir.
Futbolinfo.az saytının məlumatına görə, Andorra ilə son yoldaşlıq oyununda komandanı son dəfə meydana kapitan kimi çıxaran Mahmudov 30-cu dəfə sarğını qoluna taxıb.
34 yaşlı orta sahə oyunçusu millinin kapitanı qismində 30 matça çıxan sabiq müdafiəçi Maksim Medvedevə çatıb. Medvedev bunu 81 qarşılaşmada reallaşdırmışdı.
Mahmudovla Medvedev millidə kapitanlıq sarğısını ən çox daşımış futbolçular sırasında ilk “üçlüy”ü bölüşürlər. Onları yalnız Tərlan Əhmədov və yığmanın rekordçusu Rəşad Sadıqov qabaqlayırlar. Yığmada 75 oyun keçirmiş Əhmədov bunun 41-də lider funksiyasını yerinə yetirib. Rəşad Sadıqov isə 111 qarşılaşmanın 78-də millinin kapitanlığını edib.
Qeyd edək ki, Emin Mahmudov millidə debütünü 2016-cı il sentyabrın 4-də San Marinoya qarşı edib. Yığmamızın səfərdə 1:0 hesablı qələbə qazandığı matçda yarımmüdafiəçi 12 dəqiqə meydanda olub.
1 mənbə
