Emin Əmrullayevin oğlu deyilmiş? Uşaq özü HƏQİQƏTİ AÇIQLADI


Sosial şəbəkələrdə yayılan iki video izləyicilər arasında maraq və müəyyən çaşqınlıq yaradıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlı oğlanın Elm və Təhsil naziri Emin Əmrullayevin oğlu olduğu təəssüratı formalaşsa da, sonrakı videoda uşağın öz açıqlaması məsələyə fərqli aydınlıq gətirib.
Belə ki, sosial şəbəkələrdə yayılan ilk videoda uşaq ev şəraitində görüntülənir. Paylaşımın üzərində isə “Təhsil naziri ilə eyni evdə yaşamağın görünməyən tərəfləri…” sözləri yer alır. Bu təqdimat izləyicilərdə uşağın nazirin ailə üzvü, xüsusilə də oğlu olması barədə fikir yarada bilər.
Lakin digər videoda həmin uşaq bu qənaəti təkzib edən açıqlama verir. O, “Mənim nazir dediyim öz anamdır” deyərək, söhbətin Emin Əmrullayevdən deyil, öz anasından getdiyini bildirir.
Elm və Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, Emin Əmrullayev evlidir və iki övladı var. Bununla yanaşı, rəsmi bioqrafiyada övladlarının adları, yaşları və digər şəxsi məlumatları açıqlanmayıb.
Qeyd edək ki, 2020-ci ildə nazir vəzifəsinə təyin olunarkən yayımlanan bioqrafik məlumatlarda da onun ailəli olduğu və iki övladının olduğu bildirilib.
https://t.me/Ajansaz_official/7889
https://t.me/Ajansaz_official/7890
Dərc vaxtına görə
