Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır


18 Noyabr 2026 14:04
277
Təhsil
İxtisas seçimi zamanı abituriyentlər yalnız qəbul balını deyil, gələcək peşə maraqlarını, şəxsi bacarıqlarını və əmək bazarının tələblərini də nəzərə almalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycanda ixtisas seçimi zamanı gələcək peşə maraqları və əmək bazarının tələbləri hər zaman nəzərə alınmır. Şagirdlərdən gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri soruşulduqda bəzən konkret peşə adı əvəzinə hansı ixtisas qrupu üzrə imtahan verəcəklərini söyləyirlər. Mövcud yanaşmada abituriyentlər bir ixtisasa qəbul ola bilmədikdə topladıqları bala uyğun başqa sahəni seçirlər. Nəticədə seçilən ixtisas onların maraq və bacarıqları ilə üst-üstə düşməyə bilər.
Nazir vurğulayıb ki, peşə seçimi zamanı əmək bazarına dair məlumatlardan daha geniş istifadə olunmalıdır. Artıq əvvəlki illərdə müxtəlif ixtisasları seçmiş şəxslərin əməkhaqqı göstəricilərini müqayisə etmək imkanları var. Abituriyentlərə seçəcəkləri ixtisas üzrə gələcək əməkhaqqı imkanları barədə məlumat verilməsi onların daha düzgün qərar qəbul etməsinə kömək edə bilər. Məsələn, 10 il əvvəl kompüter mühəndisliyi və aşpazlıq ixtisaslarını seçən şəxslərin hazırkı orta əməkhaqlarını müqayisə etməklə gənclərə seçim zamanı əlavə məlumat təqdim etmək mümkündür.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə