"20 manatlıq şirkət" 12 milyonluq müqavilə imzaladı


Respublika üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işləri aparılacaq.
Plat.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi bunun üçün "Global İnşaat Group" MMC-ilə razılıq əldə edib.
Müqaviləyə görə, şirkətə 12 milyon 72 min manat ödəniş ediləcək.
Qeyd edək ki, "Global İnşaat Group"MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Ruslan Hacıyev Şahin oğludur.