Emin Əmrullayev: "Əminəm ki, Məleykə xanımın zəngin idarəçilik təcrübəsi və..." - FOTOLAR


GÜNDƏM
Bugün, 21:17
"Bu gün Bakı Dövlət Universitetinin yeni rektoru – təhsil sahəsində mühüm fəaliyyəti ilə seçilən Məleykə Abbaszadənin kollektivə təqdimatı oldu. Əminəm ki, Məleykə xanımın zəngin idarəçilik təcrübəsi, təhsilimizin inkişafına verdiyi töhfələr və peşəkar fəaliyyəti BDU-nun qarşıdakı inkişaf mərhələsində mühüm rol oynayacaq".
Mia.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O, yeni rektora uğurlar arzulayıb: "Hörmətli Məleykə xanıma yeni vəzifəsində uğurlar arzulayıram.
Eyni zamanda universitetə rəhbərlik etdiyi müddətdə göstərdiyi fəaliyyətə və BDU-nun inkişafına verdiyi töhfələrə görə hörmətli Elçin Babayevə təşəkkürümü bildirirəm".
F.Əhməd
Mia.az
Dİgər xəbərlər
1 mənbə