Əməkdar artistdən ONU QINAYANLARA: “Özümə deyirəm, boş ver getsin”


Maqazin
19 Noyabr 2026, 16:37
0 baxış
“O nə deyər, bu nə deyər” fikri ilə çoxdan qurtarmışam.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “İncəSəhər” verilişində deyib.
Sənətçi bəzi insanların qınaq atəşinə tuş gəlməkdən çəkinmədiyini və ürəyindən nə keçirsə, onu dərhal etdiyini bildirib:
“Bizi çox vaxt başa düşmürlər. Bəzən elə əsəbi oluram ki… Sonra özümə deyirəm, boş ver getsin. Onsuz da yüzdəyüz, dörddördlük heç nə olmur. İstəyirəm, hər şey mükəmməl olsun, dərinliklərə gedirəm. Amma bu, mümkün deyil, qarşındakı yüzdəyüz sənin fikirlərini edə bilməz. Ona görə də ürəyimdən nə keçir, onu dərhal edirəm. Daha fikirləşmirəm ki, bunu etsəm, birdən kimsə belə deyər, elə deyər. “O nə deyər, bu nə deyər” fikri ilə çoxdan qurtarmışam. Onsuz da insanlar belədir ki, neyləsən də, yenə danışacaqlar. Ən yaxşısı budur ki, heç kimə zərər vermədən, heç kəsi incitmədən, ürəyimdən nəsə gəlirsə, onu da edirəm. Heç kimə daş atmıram ki… Heç kimin qəlbinə dəymirəm ki…”
Nehru
