Şəlalə Şahvələdqızı "İvan İliçin ölümü" tamaşasındakı rolu barədə danışıb


4 mənbə əsasında
Əməkdar artist Şəlalə Şahvələdqızı "İvan İliçin ölümü" səhnə əsərindəki iştirakı və ifa etdiyi obraz haqqında açıqlama verib. Aktrisa canlandırdığı Praskovya Fyodorovna xarakterinin daxili aləmini, çətinliklərini və qəhrəmanın yaşadığı mənəvi boşluğu dərindən açmağa çalışdığını bildirib. O, həmçinin məişət qayğılarının cütlükləri bir-birindən uzaqlaşdırdığını və əsas həqiqətlərin çox gec anlaşıldığını qeyd edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
Bakı, 19 noyabr, AZƏRTAC “İvan İliçin ölümü” tamaşasında canlandırdığım Praskovya Fyodorovna nə qədər soyuq görünsə də, əslində, çox bədbəxt qadındır. O, müəyyən qaydalar çərçivəsində yaşamağa, həyatını həmin qaydalara uyğun qurmağa çalışan insandır.Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Şəlalə Şahvələdqızı söyləyib.O qeyd edib ki, tamaşanın hazırlıq prosesi maraqlı keçib. Obraz üzərində işləyərkən Praskovya Fyodorovnanın daxili dünyasını, İvan İliçlə münasibətlərini və yaşadığı mənəvi boşluğu daha dərindən anlamağa çalışıb. “İvan İliçlə sevərək evlənsələr də, zaman keçdikcə məişət qayğıları, xırda problemlər onları bir-birindən uzaqlaşdırır. Aralarında getdikcə böyüyən, sanki səssizcə qışqıran bir boşluq yaranır. Bu boşluq tədricən hər ikisinin ruhuna hopur. İnsanlar bəzən müəyyən bir görüntünü qorumaq naminə yaşayarkən həyatlarında ən vacib olan şeylərin yanından ötüb keçdiklərini fərq etmirlər. Bunu isə çox gec anlayırlar. Məncə, insanın ən böyük faciələrindən biri də həqiqəti məhz gec dərk etməsidir”,- deyə Əməkdar artist əlavə edib.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə