Süni intellektin beynəlxalq münasibətlərə və diplomatiyaya təsiri müzakirə edilib


3 mənbə əsasında
Bakıda keçirilən Kiberdiplomatiya üzrə konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərin qaydalarını dəyişdirə biləcəyi müzakirə olunub. UNESCO üzrə Milli Komissiyanın Baş katibi Elman Abdullayev texnologiyanın geosiyasi rəqabəti kəskinləşdirə biləcəyini və ya bir neçə güc mərkəzində cəmləşə biləcəyini bildirib. O, kiçik və orta ölçülü ölkələrin qərarların qəbul edilməsində iştirakının təmin olunmasının vacibliyini vurğulayıb. Tədbirdə həmçinin kibertəhlükəsizlik sahəsində dövlətlərin təkbaşına mübarizə aparmasının çətinliyi diqqətə çatdırılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Elman Abdullayev: Süni intellekt beynəlxalq münasibətlərin qaydalarının yenidən formalaşmasına səbəb ola bilər
Bakı, 19 noyabr, AZƏRTAC Süni intellekt beynəlxalq münasibətə təsir etmək məqamına çatıb və bunun üçün diplomatik əlaqələrin inkişafı çox vacib məsələdir. Yeni texnologiyalar artıq beynəlxalq münasibətlərin qaydalarını yenidən formalaşdıra, geosiyasi rəqabəti kəskinləşdirə və texnoloji imkanların bir neçə güc mərkəzində cəmləşməsinə səbəb ola bilər. Bu baxımdan kiçik və ortaölçülü ölkələrin süni intellektlə bağlı beynəlxalq müzakirələrdə və qərarların qəbulunda iştirakının təmin edilməsi vacibdir.AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransın panel iclasında çıxış UNESCO üzrə Milli Komissiyanın Baş katibi, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayev deyib. O bildirib ki, hazırda dünya yeni diplomatik alətin yaranmasının şahidi olur. Beynəlxalq əməkdaşlıq kontekstində süni intellektin təsiri getdigcə artır. Əsas məsələlərdən biri süni intellektin beynəlxalq əməkdaşlığı gücləndirəcəyi, yoxsa geosiyasi rəqabəti daha da kəskinləşdirəcəyidir. Bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır.Səfir vurğulayıb ki, süni intellektin xarici siyasət qərarlarına və beynəlxalq tərəfdaşlıqlara necə təsir göstərə biləcəyinin müzakirəsinə yönəldilib və bu da əsas məsələdir. Hər bir dövlət özünün kiberməkanını qorumağa çalışır. Lakin kibertəhlükə sərhəd tanımadığı üçün heç bir dövlət də müstəqi formada buna qarşı mübarizə apara bilməz. Daha doğrusu mübarizəsi səmərəsiz olar. Bu baxımdan kiberdiplomatiya inkişaf etdirilməlidir.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə