Eli Junior Kroupi ilk dəfə Fransa milli komandasına çağrıldı


Fransa futbolunun parlaq gənclərindən biri olan Eli Junior Kroupi karyerasında ilk dəfə olaraq Fransa milli komandasından dəvət alıb.
Offsideplus.az xəbər verir ki, gənc hücumçu düşərgədə iştirak edə bilməyəcək olan Markus Türamı əvəz edərək "Les Bleus"un əsas heyətinə daxil edilib.
Klub səviyyəsindəki parlaq oyunu və məhsuldarlığı ilə diqqət çəkən gənc istedad ölkənin əsas milli komandasının heyətinə qoşulmaqdan böyük qürur duyur.
Markus Türamın mövcud səbəblərdən komandaya kömək edə bilməməsi baş məşqçi üçün gənc oyunçunu sınaqdan keçirmək üçün əla fürsət yaradıb.