"Elə kiberhücumlar qeydə alınır ki, əməliyyatın böyük hissəsini süni intellekt özü icra edir"


BAKI, 19 noyabr. TELEQRAF
"Beynəlxalq hesabatlara görə, artıq elə kiberhücumlar qeydə alınır ki, əməliyyatın böyük hissəsini süni intellekt özü icra edir".
Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, kiberhücumların idarəçiliyi süni intellektə ötürülməkdədir: "Kiberhücum dəqiqələr ərzində baş tutur, diplomatik reaksiya isə həftələr ərzində. Bu fərqi azaltmaq kiberdiplomatiyanın yeni vəzifəsidir.
Qlobal proqnozlar kibertəhlükəsizlik arzuları ilə uzlaşmır. Risklər müdafiə imkanlarından daha sürətlə artmaqdadır. Yeni risklərdən biri də kvant texnologiyalarının imkanları ilə bağlıdır. Bu gün şifrələnmiş məlumatlar toplanır və gələcəkdə yeni nəsil kompüterlər ilə açılmaq üçün saxlanılır. Bu səbəbdən beynəlxalq standartlaşdırma qurumları kvantsonrası kriptoqrafiyaya keçidin indidən başlanmasını tövsiyə edirlər. Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır. Generativ süni intellekt, deepfake texnologiyaları və avtomatlaşdırılmış informasiya əməliyyatları dövlətlərarası diplomatik münasibətlər üçün yeni risklər yaradır. Ümumilikdə isə, fiziki və hüquqi şəxslərin gündəlik həyatı deepfake-lərlə mübarizə ilə müşayiət oluna bilər".
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
"Elə kiberhücumlar qeydə alınır ki, əməliyyatın böyük hissəsini süni intellekt özü icra edir"