Elcan hər kəsi ağlatdı: “Qucağımda vəfat etdi”


Aktyor Elcan Rəsulovun atasının vəfatını xatırlayaraq ağlaması hər kəsi kövrəldib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, aktyor atasının onun qucağında dünyasını dəyişdiyini deyib.
Həmin anları danışan aktyor göz yaşlarını saxlaya bilməyib:
"Atam öz qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı var idi. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm. Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Qorxuram ki, ondan da tez ölərəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü toplamışam, hamını güldürməyə çalışmışam”.