Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artdı


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 10 milyard 202,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.
10 ayda hər bir ölkə sakini orta hesabla 1 min 312,7 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 154 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artdı