“Gözlədim, amma gəlmədi”: Tacir Şahmalıoğlu Fədayə Laçını xəstəxanada axtardı…Fədayə Laçın xəstəxanaya niyə getmədi?


Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçınla bağlı küsgünlüyünü dilə gətirib.Showaz.biz-in məlumatına görə, sənətçi “Qonaqcanlı” verilişinə qonaq olarkən xəstəxanada yatdığı dövrdə yaşadığı məyusluqdan söz açıb. O bildirib ki, səhhətində problem yarananda Fədayə Laçının onu yoxlayacağını gözləyirdi, lakin bu baş tutmayıb.T. Şahmalıoğlu həmin günlərdə tələbəsinin yanında olmasını istədiyini gizlətməyib. Bununla belə, müğənni bu məsələ ilə bağlı Fədayə Laçına irad bildirmək fikrində olmadığını deyib.“Gəlmədi, amma umdum. İstədim tələbəm gəlsin yanıma. Amma yenə də heç vaxt deməyəcəyəm niyə. Gözlədim”, – deyə sənətçi vurğulayıb.Xatırladaq ki, Tacir Şahmalıoğlu bir qədər əvvəl səhhətindəki problemə görə əməliyyat olunub.
Yazı naviqasiyası
Oxu.az+1 mənbə