Dünyada avtomexanik peşəsi üzrə ciddi kadr böhranı GÖZLƏNİLİR
InterpressXuraman Etibarli


Dünyada avtomexanik çatışmazlığı artır.
İnterpress.az xəbər verir ki, bu barədə “Motor1” nəşri məlumat yayıb.
Dünyada avtomexanik çatışmazlığı getdikcə kəskinləşir. Proqnozlara görə, 2030-cu ilədək bu sahədə təxminən 4,3 milyon mütəxəssis çatışmaya bilər.
Mütəxəssis çatışmazlığı adi avtomobillərdən tutmuş yarış maşınlarınadək bütün nəqliyyat vasitələrinin texniki xidmətinə təsir göstərə bilər.
Gəncləri bu peşəyə cəlb etmək məqsədilə “Aston Martin” və “Valvoline” şirkətləri gələcək avtomexaniklərə təqaüd, alətlər və praktiki təlim imkanları təqdim etməyə başlayıblar.
Xuraman Etibarlı
İnterpress.az
