Dünya çempionu vəfat edib


Şriftin ölçüsü:
17.11.2026 14:34
Braziliya millisinin sabiq futbolçusu, 1958-ci il dünya çempionu Dino Sani 94 yaşında vəfat edib.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) açıqlama yayıb.
Saninin Braziliya futbolunda silinməz iz qoyduğu bildirilib. Qurum mərhumun ailəsinə, yaxınlarına və azarkeşlərinə başsağlığı verib.
Dino Sani 1957-1966-cı illərdə Braziliya millisində çıxış edib. O, 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında komandanın heyətində qızıl medal qazanıb. Yığmada 15 oyun keçirən futbolçu 1 qol vurub.
Klub karyerası ərzində “Palmeyras”, “Komerşial-SP”, “San-Paulu”, “Boka Xuniors”, “Milan” və “Korintians”ın formasını geyinib.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Dünya çempionu vəfat edib
