Yerli oyunçuların inkişafı üçün legioner limiti
Sportify.azHaşim Məmmədov


Futzal üzrə Yüksək Liqa və I Liqada legioner limiti tətbiq olunacaq.
Sportify.az xəbər verir ki, limit 2+3 şəklində olacaq. Yəni meydanda eyni vaxtda 2 yerli və 3 legioner oyunçu yer ala bilər. Legionerlərdən biri mütləq qapıçı olmalıdır. Bu qayda yerli oyunçuların mütəzəm oyun təcrübəsi qazanmasına xidmət edir.
Bundan əlavə U-19 Liqası da olacaq. Gənc futzalçıların müntəzəm yarış təcrübəsi qazanması və bacarıqlarını inkişaf etdirməsi üçün yeni platforma yaradılır. Liqa əsas klublar və milli komandalar üçün perspektivli oyunçuların hazırlanmasına xidmət edəcək.
