Dünya çempionatında ilk qələbə


Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında 17 yaşlı Səmayə Həsənova uğurlu debüt edərək ilk qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Azərbaycan idmançısı 1/16 final mərhələsində perulu rəqibi Varqas Kruzu məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə dünya reytinqinin ikinci pilləsində qərarlaşan taylandlı Khvansuda Phuanqkitça ilə qarşılaşan gənc idmançı məğlub olaraq mübarizəni dayandırıb.
Bu, Avropa Gənclər Paralimpiya Oyunlarının qalibi olan Səmayənin ilk dünya çempionatı qələbəsi olub.
Qeyd edək ki, bu gün millimizin digər üzvü Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
