DSX və Baş Prokurorluq korrupsiyaya qarşı mübarizə ilə bağlı birgə tədbir keçirib


Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Gunxeber.Az xəbər verir ki, tədbir noyabrın 17-də Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilib.
Tədbir Prezidentin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində baş tutub.
Görüş zamanı korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri, şəffaflıq və hesabatlılığın təmin olunması, antikorrupsiya davranış prinsiplərinin formalaşdırılması, həmçinin hərbi sahədə korrupsiya hüquqpozmalarının qarşısının alınması məsələləri müzakirə edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “Antikorrupsiya davranış modeli” və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumlar. Hərbi sahəyə xarakterik korrupsiya hüquqpozmalarının xüsusiyyətləri” mövzularında təqdimatlarla çıxış ediblər.
İştirakçılara korrupsiya risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması, xidməti fəaliyyətdə dürüstlük və etik davranış qaydalarına əməl edilməsi, ixtisaslaşmış qurumların səlahiyyətləri və mövcud hüquqi mexanizmlər barədə məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd şəxsi heyətin antikorrupsiya sahəsində hüquqi biliklərinin artırılması, müvafiq davranış prinsiplərinin təşviqi, xidməti fəaliyyətdə qanunçuluq, şəffaflıq və məsuliyyətin gücləndirilməsi olub.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
13:22
13:05
12:30
1 mənbə
