Dövlət proqramı tərsinə işləyir - Natiq Cəfərli


“Azərbaycanda hər dəfə şərabçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul ediləndə şərab istehsalı və ixracı azalır”.
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, 2022-ci ildə Azərbaycan 300 min dekalitr şərab ixrac edib. 2025-ci ildə isə ixrac 155 min dekalitrə düşüb. İxracımızın 85-90%-i Rusiyayadır.
- Avropaya ixraca baxsaq, insan bilmir ağlasın, ya gülsün: 2024-cü ildə Azərbaycan Britaniyaya 54 min, Polşaya 48 min, Almaniyaya 30 min, Baltikyanı ölkələrə (üç ölkəyə) cəmi 35 min dollarlıq şərab ixrac edib. Siyahıda Fransa, Monako, İtaliya yoxdur, olmayacaq da. Çünki şərab istehsalı və ixracı hekayə quruculuğundan başlayır. Əvvəlcə sən hekayə yaradıb satmalısan, sonra şərabın özünü,- o bildirib.
İqtisadçının sözlərinə görə, Azərbaycan şərabları arasında yüksək keyfiyyətli şərablar var, amma, çox bahadır. Fransa, İtaliya, Çili, ABŞ, Cənubi Afrika və s. ölkələrin istehsal etdiyi şərabları Avropada 3-5 avroya almaq olar. Hekayəsi, tanıtımı olmayan Azərbaycan şərabını Avropada 10 avroya satmaq mümkün deyil.