"Dinamo" günü-gündən inkişaf edir
1sport.azŞükran Məmmədzadə

II Liqanın 11-ci turunda "Dinamo" öz meydanında "Şəmkir"i son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub etdi.
1Sport.az-a açıqlama verən baş məşqçi İsmayıl Vəkiliqazicahani oyunu şərh etdi:
"Bu qələbə bizim üçün çox vacib idi. Futbolçularım qarşılaşmada böyük əzmkarlıq, intizam və komanda ruhu nümayiş etdirdilər. Onları təbrik edirəm, bu nəticə bütün kollektivin birgə əməyinin bəhrəsidir. Heyətimiz günü-gündən inkişaf edir. Oyunçularım məşqlərdə yüksək məsuliyyət və peşəkarlıq göstərirlər. Əsas hədəfimiz bu tempi qorumaq və hər matçda uğur qazanmaqdır".
