DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyatlar keçirib.
Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtda, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Dərc vaxtına görə
