Deputatdan DİM-in yeni rəhbərinə mesaj:

2 dəq oxu
Xəbər
Deputatdan DİM-in yeni rəhbərinə mesaj: - "Gələn şəxs bu sistemi, mühiti dağıtmasın"
Uzun illər Azərbaycanda imtahan sisteminin rəhbəri olmuş Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması ətrafında müzakirələr aparılır.
Oxu.Az xəbər verir ki, kadr dəyişikliyinin həm universitetin gələcək inkişaf perspektivlərinə, həm də DİM-də formalaşmış idarəetmə sisteminə təsiri maraq doğurur.
Bu baxımdan, sosial şəbəkələrdə gedən ictimai müzakirələrdə iki əsas məsələ ətrafında müxtəlif fikirlər səslənir.
Onlardan birincisi Məleykə Abbaszadənin rəhbərliyi ilə BDU-da hansı dəyişikliklərin baş verəcəyi və təhsil müəssisəsinin inkişafı üçün hansı istiqamətlərdə islahatların aparılacağıdır.
İkinci məsələ isə Məleykə Abbaszadədən sonra DİM-ə rəhbərlik edəcək şəxslə bağlı gözləntilərdir. Qurumda indiyədək formalaşmış sistem qorunmalıdır, yoxsa müəyyən dəyişikliklərə ehtiyac var?
Geniş ictimai müzakirələrə səbəb olan məsələ bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrəndik.
Oxu.Az-a açıqlamasında deputat vurğuladı ki, BDU Azərbaycanın ən qədim universitetlərindən biri, cümhuriyyətimizin yadigarıdır, orada ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynayan şəxsiyyətlər yetişib:
"Ulu öndərimiz də bu universiteti bitirib və BDU hər zaman yüksək təhsillə seçilib. Məzunu olaraq mən də onu hər zaman yüksək təhsil ənənələri ilə seçilən ali məktəb kimi tanımışam.
Təəssüf ki, son dövrlərdə universitetin fəaliyyətində bir sıra ciddi problemlər müşahidə olunurdu. Məleykə Abbaszadənin idarəetmədəki zəngin təcrübəsini nəzərə alsaq, bir sıra istiqamətlər üzrə ciddi islahatlara gedilə bilər.
Ən vacib məqamlardan biri kadr siyasətidir. Təəssüf ki, son illər BDU-da kadr siyasətində bir çox səhvə yol verilib. Müəllimlərin işə qəbulu, rəhbər vəzifələrə təyinat hər zaman düzgün meyar və obyektiv kriteriyalar əsasında həyata keçirilməyib. Hətta sıravi müəllimlərin işə qəbulu zamanı belə subyektiv amillərin və müxtəlif əlavə şərtlərin ön plana çıxması zaman-zaman ciddi müzakirələrə səbəb olub.
Məleykə Abbaszadənin böyük idarəçilik təcrübəsini nəzərə alaraq, ilk olaraq gözləntilərimiz ondan ibarətdir ki, universitetin kadr siyasətinə yenidən baxılacaq, savadlı və peşəkar mütəxəssislərin universitetdə fəaliyyət göstərməsinə mane olan baryerlər aradan qaldırılacaq. Çünki bu, çox önəmli məsələdir. Eyni zamanda, tədrisin keyfiyyəti artırılacaq və mövcud neqativ halların aradan qaldırılması istiqamətində sistemli tədbirlər görüləcək. Nəticədə universitetin müəllim heyəti və bazası gücləndiriləcək".
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə



