Deku: "Əgər Arauxo qalmaq istəsə, bu 'Barselona'nı qane edər"


İdman direktoru Deku Ronald Arauxonun "Liverpul" tərəfindən qış transfer pəncərəsində birdəfəlik transfer olunacağı ehtimalını istisna edib.
Offsideplus.az xəbər verir ki, uruqvaylı müdafiəçi 10 avqustda "Barselona"dan "Liverpul"a 2027-ci ilin 30 iyununa qədər icarəyə keçib. İngiltərə klubu oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir. Deku bu variantın qışda reallaşa biləcəyi barədə bunları deyib: "Bu hüququn aktivləşdirilməsi üçün müəyyən tarix var, danışıqlar yalnız həmin tarixdən sonra aparıla bilər. Hazırda isə bunun üçün vaxt deyil".
Deku şəxsi münasibətləri barədə əlavə edib: "Mən Ronald üçün sevinirəm. O, kapitanımızdır, klubda həm çətin, həm də sevincli anlar yaşayıb və aramızda yaxşı münasibətlər var. Bu, onun qərarı idi və biz ona hörmət edirik".
Arauxonun tam transferinin "Barselona" üçün münasib olub-olmaması barədə isə Deku belə deyib: "Bizim üçün əsas odur ki, o, xoşbəxt olsun. Əgər qalmaq qərarı versə və hər şey belə davam etsə, bu bizi tam qane edər. Hər şeyin yaxşı alınmasına sevinərik. Əlbəttə, əlavə maliyyə vəsaiti də pis olmazdı".