Dana Uayt Xabibin komandasındakı insidentlərdən danışıb


UFC prezidenti Dana Uayt Xabib Nurmaqomedovun komandasının üzvləri arasında baş verən son insidentə münasibət bildirib. O, Usman Nurmaqomedov və Merab Dvalişvili arasında RAF turnirindən əvvəl yaşanan qarşıdurmaya toxunub.
Offsideplus.az xəbər verir ki, Dana Uayt bu barədə belə deyib: "Harada Xabibin bütün komandası peyda olursa, orada adətən hansısa davalar baş verir. Xamzat Çimayev, bütün bu uşaqlar. Demək olar ki, hər RAF tədbirində dava olur. Elə bilmək olardı ki, RAF təşkilatçıları bir neçə belə hadisədən sonra bunun qarşısını almağı öyrənərlər. Məndən tez-tez soruşurlar: ‘Davalardan biznes üçün xeyir varmı?’ Xeyr, bunun heç bir yaxşı tərəfi yoxdur".
Qeyd edək ki, daha əvvəl məlum olub, Usman Nurmaqomedov və insidentdə iştirak edən daha yeddi nəfər Birləşmiş Ərəb Əmirliklərində altı ay müddətinə həbs, 300 min dirhəm məbləğində cərimə və ölkədən deportasiya cəzası alıb.

Lent.az+1 mənbə