Dana Uayt Volkovun titul döyüşü barədə danışmaqdan yayınıb


UFC prezidenti Dana Uayt Aleksandr Volkovun titul döyüşü ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib. Bu sual Siril Qanın Coş Hokiti məğlub etdiyi qarşılaşmadan sonra səsləndirilib.
Offsideplus.az xəbər verir ki, jurnalist Dana Uayta "Tom Aspinall zədədən sonra geri qayıda bilər, Aleks Pereyra və ya Sergey Pavloviç titul üçün iddialı olacaq. Aleksandr Volkov kəmər növbəsində harada dayanır?" sualını ünvanlayıb. Dana Uayt isə qısa şəkildə "Baxarıq" cavabını verib. Aleksandr Volkov isə Ganın Hokit üzərindəki qələbəsinə münasibət bildirərək deyib: "Uşaqlar mənim kəmərimi oynayırlar. Görək, növbəti kim məndən payını alacaq".
