Dana Uayt Usman və Merabın davasına münasibət bildirib


UFC prezidenti Dana Uayt Usman Nurmaqomedov və Merab Dvalişvilinin oteldə baş verən davasına münasibət bildirib. O, hadisəni sərt şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Dana Uayt açıqlamasında bunları deyib: "Bu, mənasız və axmaqlıqdır. İndi onların hamısı həbsdədir. Bura belə hərəkətlər üçün yer deyil". Qeyd edək ki, Usman Nurmaqomedov və komandası Abu-Dabidə oteldə Merab Dvalişvili və onun dostu ilə dava ediblər. Hadisə ilə bağlı bütün iştirakçılar hələ də saxlanılır. Məsələ ilə Birləşmiş Ərəb Əmirliklərinin polisi məşğul olur.
