Daha bir rayonda qazın verilişi dayandırılacaq
News24.azNews24.az

Sosial
24 Noyabr 2026, 00:00
Noyabrın 24-də saat 10:00-dan etibarən Qəbələ şəhərinin Pastar küçəsində və Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
News24.az xəbər verir ki, Zaqatala və Şəmkir regional qaz istismarı idarələrinin məlumatına görə, fasilə Qəbələdə təmir-quraşdırma işləri, Qazaxda isə aşkarlanmış qaz sızmalarının aradan qaldırılması ilə bağlıdır. Hər iki ərazidə qaz təchizatı işlər başa çatdıqdan sonra bərpa olunacaq.
