COP31-də ziyarətçilərə 1926 və 2100-cü illərin havası təqdim olunur


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransında (COP31) ziyarətçilər iki xüsusi kabin vasitəsilə 1926 və 2100-cü illərin atmosfer şəraitini təcrübədən keçirirlər.
Karbon Təcrübə Zonasında yaradılan kabinlərdən birində 1926-cı ilin atmosferindəki karbon qazının 305 ppm, digərində isə yüksək emissiya ssenarisinə əsasən 2100-cü ildə 1135 ppm olacağı göstərilir.
Qeyd olunur ki, 2100-cü il üçün yaradılan kabin dəqiq proqnoz deyil, emissiyaların yüksək səviyyədə davam edəcəyi təqdirdə yarana biləcək şəraiti əks etdirən stress-testdir.
Hər kabində ziyarətçilər 155 saniyəlik proqram çərçivəsində elmi məlumatlara əsaslanan film izləyirlər.
