Con Consla döyüşə görə 50 min dollar almaram – Hokit


UFC-nin ağır çəki dərəcəsində titul iddiaçısı Coş Hokit mediada davranışına aydınlıq gətirib. O bildirib ki, Daniel Kormye vaxtilə Con Consla döyüşə görə cəmi 50 min dollar qazanıb və özü belə şərtlərlə qəfəsə çıxmaq istəmir.
Offsideplus.az xəbər verir ki, Hokit bu barədə belə deyib: "Kormye, sən Consla döyüşə görə 50 min dollar almısan. Mən buna razı deyiləm. Mənə haqqımın az verilməsini istəmirəm. Əgər omlet hazırlamaq üçün bir neçə yumurta sındırmaq lazımdırsa, bunu edəcəyəm". Hokit UFC 334 turnirində Seril Qanla qarşılaşacaq. Döyüş 15 noyabrda Nyu-Yorkda baş tutacaq. Paddi Pimblett isə bildirib ki, əgər Hokit Qanı məğlub etsə, bu idman üçün yaxşı olmayacaq: "Döyüşçülərin Kolbi Kovinqton kimi özlərini başqa cür göstərməsinə dözə bilmirəm".
