Cinpin Trampı trapda qarşıladı, amma Putinin qarşısına çıxmadı - ŞOK SƏBƏB


47 18.11.2026 16:36 Dünya A A
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinin Sençjen şəhərinə gəliblər.
APEC regionun aparıcı iqtisadiyyatlarını bir araya gətirən ən mühüm beynəlxalq platformalardan biridir. Çin üçün bu toplantı yalnız iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi deyil, həm də beynəlxalq nüfuzunu, ABŞ ilə münasibətlərdə mövqeyini və qlobal iqtisadi proseslərə təsir imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyət daşıyır.
Şençjendə keçiriləcək sammitə diqqətin artmasının digər səbəbi də noyabrın 19-da Sençjendə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında üçtərəfli görüşün keçiriləcəyidir. Bu, Cinpin, Putin və Trampın tarixdə üçlükdə ilk görüşü olacaq.
Vladimir Putin Şençjenə gecə saatlarında, təxminən 02:00-da gəlib. Onu hava limanında Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və Si Cinpinin aparat rəhbəri Tsay Tsi qarşılayıb. Tramp isə bu gün günortadan sonra gəlib və Çin lideri Si Cinpin onu şəxsən hava limanında trapda qarşılayıb. Vladimir Putini isə iqamətgahda qarşılamağa üstünlük verib.
Tramp və Putinin Çinə səfəri zamanı Si Cinpinin onları fərqli məkanlarda qarşılaması diplomatik protokol baxımından diqqətçəkən məqamdır. Çünki dövlət başçılarının qarşılanma mərasimi təkcə qonaqpərvərlik deyil, həm də siyasi münasibətlərin və diplomatik statusun nümayişidir.
Çin liderinin qonağı olan iki nəhəng dövlətin başçılarına münasibətdə bu cür davranışı dünyada maraqla qarşılanıb və sual yaradıb: Si Cinpin Trampı trapda qarşıladı, amma Putinin qarşısına çıxmadı - NİYƏ?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, bu, xüsusi jestdir:
“Bu, bir daha sübut edir ki, dünyanın iki super dövləti var - ABŞ və Çin. Rusiyanın elə də böyük gücü yoxdur ki, bu iki dövlətlə rəqabət apara bilsin. Məsələn, Çində süni intellektlə bağlı müzakirələr gedir. Bu sahədə Çin və ABŞ dünyada liderdir. Rusiyanın isə bu sahədə elə də irəliləyişi yoxdur. Ona görə də Çin lideri amerikalı həmkarına xüsusi münasibət sərgiləməyə ehtiyac duya bilərdi. Bu gün Çin-ABŞ ticarət mübadiləsi Çin-Rusiya ticarət mübadiləsini də dəfələrlə üstələyir. Bu baxımdan da Çin üçün ABŞ ilə iqtisadi əlaqələri inkişaf etdirmək daha maraqlıdır. Rusiya isə Ukrayna müharibəsinə görə Çindən asılı vəziyyətə düşüb. Baxmayaraq ki, üçtərəfli görüş olacaq, amma ən son Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Putinin Çin səfəri və üçtərəfli görüş ərəfəsində imicinə çox böyük zərbə oldu. Bütün bu və digər reallıqlar Putinin hava limanında trapda qarşılanmamasını şərtləndirdi”.
Etibar Seyidağa,Musavat.com
Dərc vaxtına görə
