Cim Kerrinin yeni layihəsinin detalları açıqlandı


19 noyabr 2026
10:23
2000-ci ildə yayımlanan və Cim Kerrinin baş rolu canlandırdığı əfsanəvi "Qrinç" filminin davam hissəsi ilə bağlı rejissor Ron Hovard detalları bölüşüb.
Kulis.az xəbər verir ki, "Universal" və "Imagine Entertainment" studiyaları tərəfindən hazırlanan layihə barədə danışan Hovard hazırda ssenarinin tamamlanmadığını deyib.
O, Cim Kerri ilə ortaq qərara gəldiklərini vurğulayaraq, orijinal filmin mirasına xələl gətirməmək üçün ssenarinin möhtəşəm olacağına tam əmin olmadıqca çəkilişlərə başlamayacaqlarını qeyd edib.
Ssenari üzərində Alek Berq, Ceff Şaffer və Devid Mandel çalışır.
Rejissor layihə reallaşacağı təqdirdə bunun yenə canlı aktyor oyununa və fiziki komediyaya əsaslanacağını bildirib.
İlk filmdə ağır qrim və linzalara görə Cim Kerrinin klostrofobiya və panik ataklar yaşadığını xatırladan Hovard müasir texnologiyalar sayəsində bu dəfə aktyor üçün çəkiliş prosesini daha rahat etməyə çalışacaqlarını deyib.
62 dəfə oxunub
Oxşar xəbərlər